AZ

MLS klubunun qapıçısı 25 yaşında vəfat etdi

MLS təmsilçisi “Filadelfiya Yunion”, “zolos”un qapıçısı Holden Trentin 25 yaşında vəfat etdiyini açıqlayıb.

Arena.az məlumat verir ki, hazırda futbolçunun ölümünün səbəbləri açıqlanmır:

“Holden Trentin 25 yaşında vəfat etdiyini dərin hüznlə elan edirik. Qoy ruhu şad olsun”, – “Filadelfiya Yunion”un mətbuat xidməti klubun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən məlumat verib.

Trent oktyabr 23-də ailəsi tərəfindən xəstəxanaya yerləşdirilib. Oktyabrın 26-da isə futbolçu gözlənilmədən vəfat edib.

Trent 2022-ci ildən bəri “Filadelfiya Yunion”da çıxış edib. Qapıçı “zolos”a “Hay-Point”dən keçib. Trent “Filadelfiya Yunion”un əsas komandası üçün bir oyun belə, keçirməyib. Qapıçı MLS klubunun ikinci komandasında 6 oyun keçirib, 16 qol buraxıb.

Seçilən
26
arena.az

1Mənbələr