Bu gün yağan güclü yağış nəticəsində iri qaya parçaları yola doğru sürüşüb və Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində avtomobillərin hərəkətində problem yaranıb.
Bakupost.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, qurumun Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları dərhal ərazi nəzarətə götürülüb.
İdarədən bildirilib ki, DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.
Elnur, BakuPost