AZ

Soçidə Gənclər Arasında Kütləvi Dava: Qız Üstündə Başlayan Mübahisə Böyük Qarışıqlığa Səbəb Oldu

Rusiyanın Soçi şəhərində, Truda küçəsində gənclər arasında yaşanan mübahisə kütləvi davaya çevrilib.

BAKU.WS xəbər verir ki, dava səbəbindən küçədə ciddi qarışıqlıq yaranıb və hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Axşam saatlarında iki qrup arasında qız üstündə baş verən mübahisə qısa müddət sonra qarşılıqlı hücumlara çevrilib. Hadisə şahidi olan bir qadın, 17 yaşlı bir gəncin döyülmə anlarını telefonla çəkib və ona kömək etməyə çalışıb.

Davanı dayandırmaq üçün hadisə yerinə gələn polis əməkdaşları 23 nəfəri saxlayıb. Onlardan 10 nəfərə qarşı inzibati məsuliyyət tədbirləri görüləcək. Davada zərər çəkən 17 yaşlı gənc isə xəstəxanaya getməkdən və polisə şikayət etməkdən imtina edib.

Seçilən
42
bakuinfo.net

1Mənbələr