AZ

Avropa birinciliyi: atletlərimiz gümüş və bürünc medal qazanıblar

Azərbaycan atletləri Polşada keçirilən Avropa birinciliyində gümüş və bürünc medal qazanıblar.

Ölkə.Az "Report"a istinadən xəbər verir ki, Tehran Məmmədov (67 kq) birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək gümüş medala sahib çıxıb.

Fuad Həsənov (67 kq) isə təkanla qaldırmada 156 kq-ın öhtəsindən gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

O, toplam 287 kq (131+156) nəticə ilə yekun sıralamada bürünc medalı aktivinə yazdırıb.

Seçilən
31
4
olke.az

5Mənbələr