AZ

Tbilisidə müxalifətin mitinqi başa çatdı

Tbilisidə Gürcüstanda parlament seçkilərinin nəticələrinə qarşı müxalifətin mitinqi başa çatıb.
 

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 

“Mitinqin təşkilatçıları artıq tədbirin rəsmi hissəsinin başa çatdığını elan ediblər. Avropa İttifaqının himni səsləndirilib, bundan sonra insanlar dağılışmağa başlayıblar, lakin onların bəziləri parlamentin və ona bitişik küçələrin yaxınlığında olmaqda davam edir”, - nəşr yazıb.
 

Etirazın insidentsiz keçdiyi qeyd edilir. Mitinq yerində parlament binası qarşısında polis hələ də növbətçilik edir.
 

Bundan əvvəl mitinq zamanı müxalifət təkrar parlament seçkilərinin keçirilməsini tələb edib. Aksiyada Gürcüstan Prezidenti Salome Zurabişvili də iştirak edib.

İnci

Seçilən
70
22
sfera.az

10Mənbələr