Bakı Jazz Festival 2024-ün yekun konsertləri bu həftəsonu baş tutub...
"Report" xəbər verir ki, türk caz ifaçısı Sibel Kösenin Jolly Joker-da konserti ilə bütün festival tamaşaçılarının unudulmaz hadisəsi oldu. Türkiyəli müğənninin təkrarolunmaz ifa tərzi, güclü vokalı, tamaşaçılarla sıx əlaqə saxlaması dinləyicilərin heyranlığına səbəb olub. Sibel Köse ilk notlardan məftunedici, valehedici səsi ilə tamaşaçıları məftun etdi, sənətkarlığı və xarizması şənbə axşamı ab-havasını yaratdı. Tamaşaçılar cazın enerjili ritmlərini və emosional dolu melodik improvizasiyaları gurultulu alqışlarla qeyd etdilər.
Festivalın son məqamı Cheryl “Pepsi” Riley və Interplay qrupunun Fairmont Jazz Club-da çıxışı oldu. Cheryl "Pepsi" Riley daha çox 1988-ci ildə "Thanks for My Child" hiti ilə tanınır. Vokalistin özünəməxsus üslubu özündə gospel, R&B və soul elementlərini birləşdirir. Interplay qrupu: Tomaş Henrik (klaviatura alətləri), Laurens Kottl (bas), Nataniyel Taunsli (zərb alətləri) caz füzyon qrupudur. Interplay öz enerjisi, virtuozluğu və caz, rok və funk elementlərini vahid harmonik palitrada birləşdirmək bacarığı ilə tanınır.
Konsertdən əvvəl Bakı Jazz Festival bədii rəhbəri Rain Sultanov və ABŞ səfirliyinin nümayəndəsi Villiam Murad tamaşaçılara salamlama nitqləri ilə çıxış ediblər.
Yekun konserti valehedici vokal və zərif improvizasiya bacarıqları, eləcə də Azərbaycan musiqiçiləri ilə isti jam sessiyası ilə yadda qaldı. İsti, rahat, mehriban atmosfer, mehriban ab-hava və improvizasiya notları Bakı Jazz Festival 2024 gözəl şəkildə tamamladı.
Oktyabrın 17-dən 27-dək paytaxtda Bakı Jazz Festival 2024 keçirilib. 11 ölkədən olan ifaçılar şəhərin müxtəlif konsert məkanlarında çıxış ediblər. Festival çərçivəsində sərgilər, təqdimatlar və dünya caz ulduzları ilə görüşlər də keçirilib.
Fotolar
Poliqon.info