AZ

Jerar Depardyenin məhkəməsi təxirə salındı

Fransada cinsi təcavüzdə ittiham olunan 75 yaşlı aktyor Jerar Depardyenin məhkəməsi başlayıb.

 

Sfera.az bildirir ki, məşhur aktyor 5 il azadlıqdan məhrum edilə və 75 min avro cərimələnə bilər.

 

Qeyd edək ki, fransız aktyorun ilk məhkəməsinə iki qadının təcavüz iddiası ilə başlanılıb. Zərərçəkmişlərin dediyinə görə, Depardye 2021-ci ildə “Les Volets Verts” (Yaşıl Panjurlar) filminin çəkilişləri zamanı bir quruluşçu rəssamı və köməkçisini alçaldaraq, cinsi təcavüz edib.

 

Lakin Jerar Depardyenin özü ilk məhkəmədə iştirak etməyib. Başlamadan bir neçə saat əvvəl aktyorun vəkili Ceremi Assou müvəkkilinin səhhətinə görə iştirak edə bilməyəcəyi barədə məlumat verib.

 

"Jerar son dərəcə kədərlidir və təəssüf ki, həkimlər ona məhkəmədə iştirak etməyi qadağan ediblər"-deyə aktyorun nümayəndəsi bildirib. 

 

Bundan əlavə, Depardye iclasda çıxış etmək imkanı əldə etmək üçün görüşün təxirə salınmasını istəyib. Aktyor qadınların ittihamlarını qətiyyətlə rədd edir.

 

Xatırladaq ki, 29 aprel 2024-cü ildə polis aktyoru saxlayıb və dindirmişdi.

 

"Cənab Depardye bu gün Paris polis idarəsinə çağırılıb və hazırda həbsdədir. O, 2014 və 2021-ci illərdə baş vermiş iki cinsi zorakılığa görə dindirilir"- o zaman hüquq-mühafizə orqanlarından bildiriblər.

 

Qeyd edək ki, 2018-ci ildə aktrisa Şarlotta Arnolanın ittihamlarından sonra 2020-ci ilin dekabrında Jerar Depardyeyə qarşı zorlama və cinsi təcavüzə görə istintaq başladılmışdı, daha sonra aktrisa özünü çaya ataraq intihar edib. Aktyor dəfələrlə bu cür hərəkətlərdə ittiham edilsə də, bütün ittihamları rədd edir.

 

Aysel

 

Seçilən
49
sfera.az

1Mənbələr