AZ

“Dodaqları yemək” vərdişi nədən qaynaqlanır?

Yanaqları və dodaqları içəridən dişləmək vərdişi depressiya, narahatlıq və ya obsesif-kompulsiv pozğunluq (OKB) ilə əlaqəli ola bilər.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Moskvanın Vidnovski Klinik Xəstəxanasının terapevti Zarema Ten deyib. Həkim əlavə edib ki, belə vərdişdən qurtulmaq üçün stresslə mübarizənin bu cür üsullarını daha sağlam üsullarla əvəz etmək lazımdır.

“Dodaq və yanaq dişləməsi tez-tez narahatlıq, depressiya və ya OKB kimi psixo-emosional pozğunluqlarla əlaqələndirilir. Bu davranış şüursuz özünü məhv etmənin təzahürü və ya daxili narahatlığı kompensasiya etmək cəhdi ola bilər. Belə hallarda müalicə yalnız diş müdaxiləsi deyil, həm də psixoterapevtlə məsləhətləşməni tələb edir”, Ten qeyd edib.

Həkim vurğulayıb ki, ağızdakı zədələri sağaltmaq üçün xlorheksidin məhlulları, solkoseril və ya metilurasil tərkibli məlhəmlər kimi antiseptik və yara sağaldan maddələrdən istifadə olunur.

Bunlar ağız qoruyucuları və ya yumşaq silikon yastıqlar ola bilər.

“Yanaqlarınızın və dodaqlarınızın içini dişləmək vərdişi ilk baxışda zərərsiz görünə bilər, lakin onun uzunmüddətli davam etməsi sağlamlıq üçün nəticələri ciddi ola bilər”, - Ten deyib.

QAZİLER.AZ

Seçilən
40
qaziler.az

1Mənbələr