Türkiyədə birinci liqasının 10-cu turunun bir sıra oyunları baş tutub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” öz meydanında “Sakaryaspor”u qəbul edib.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana start heyətində çıxmış Diniyev 51-ci dəqiqədə komandasının üçüncü qolunun ötürməsini verib. O, 84-cü dəqiqədə əvəzlənib.
“Bandırmaspor” 18 xalla 4-cü pillədə qərarlaşıb.