Soyuq havalarda boğaz ağrısı, öskürək bir çox insanı narahat edən haldır. Bunun üçün dərmandan çox təbii bitkilərdən hazırlanan çaylar məsləhət görülür.
7Times.az xəbər verir ki, boğaz ağrısı soyuqdəymə, qrip və ya digər infeksiyaların səbəb ola biləcəyi narahatlıqdır. Boğaz ağrısını birdəfəyə sağaldın bitkilərdən biri zefir çiçəyidir. Mülayim iqlimli bölgələrdə geniş şəkildə böyüyən bir bitkidir.
Qədim zamanlardan bəri zefir bitkisindən əldə edilən ekstraktlardan boğaz ağrıları və digər xəstəlikləri müalicə etmək üçün istifadə edilir. Eyni zamanda iltihabi xəstəlikləri aradan qaldırır. O, bakteriyalarla mübarizə apara, iltihabı azalda və tənəffüs xəstəliklərinin müalicəsində kömək edə bilər.
Bir bankanı soyuq su ilə doldurun. Çiçəkdən bir az suya əlavə edin. Bir gecə və ya 8 saat saxlayın. İstədiyiniz miqdarı bir stəkana tökün. İstədiyiniz halda bal və ya dadlandırıcı əlavə edin. İçdikdən sonra, boğaz ağrısının azalacağını görəcəksiniz.
Axşam.az