Bu gün Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun şəhadətə ucaldığı gündür.
QHT.az xəbər verir ki, Miqdad Abduləlimov şərəfli döyüş yolu keçib, göstərdiyi igidliyə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, ölümündən sonra "Laçının azad olunmasına görə" , "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub.
Şəhidin anası "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova başda olmaqla, ailəsinə səbr arzulayır, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!