AZ

Tanınmış siyasətçi yeni partiya qurdu

Türkiyədə sonuncu prezident seçkiləri zamanı millətçi İYİ partiyasından istefa verən siyasətçi Yavuz Ağıralioğlu yeni partiya qurub.

 

Modern.az-ın məlumatına görə, qısa adı "A Partiyası" olan siyasi təşkilat Açar Partiyası adlandırılıb.

 

Millət İttifaqının namizədi Kamal Kılıçdaroğluna səs verməyəcəyini açıqladıqdan sonra İYİ Partiyasından istefa verən Ağıralioğlu artıq partiyanın təsis sənədlərini Daxili İşlər Nazirliyinə təqdim edib.

 

“Yavuz Başqan” və “Millətə Yavuz lazımdır” şüarları ilə salona daxil olan Ağıralioğlu kürsüyə gəlməzdən əvvəl partiyanın 162 nəfərlik Təsisçilər Şurasının siyahısı açıqlanıb.

 

Siyahıda İYİ Partiyasının keçmiş millət vəkilləri Ayhan Erel və Fuat Geçen, həmçinin partiyanın keçmiş məşhur üzvlərindən Nihal Ağca və Rızvan Aksoy da var.

Seçilən
13
modern.az

1Mənbələr