AZ

Azərbaycanın mina problemi BMT-nin Cenevrə ofisində müzakirə olunacaq

Bakı. Trend:

Oktyabr ayının 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF)BMT-nin Cenevrə ofisində “İnkişaf naminə minatəmizləmə” adlı yantədbir keçirəcək.

Tədbir BAMF-ın Azərbaycan Respublikası Qeyri-HökumətTəşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyatakeçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişafMəqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsində BMT-ninİnsan Hüquqları üzrə Ali Komissarlığın İdarəsinin (OHCHR) 2024-cüil Sosial Forumu daxilində keçiriləcək.

Tədbirlə bağlı açıqlama verən BAMF prezidenti Umud Mirzəyevtədbirin təşkilatçıları və müzakirə olunacaq məsələlərdəndanışıb:

“BAMF ilə yanaşı “Sülhün kökləri” (Roots of Peace)” vəBeynəlxalq Hüquq və İnkişaf İnstitutu (IRDG) təşkilatlarının evsahibliyi ilə baş tutacaq tədbirdə minaların və MüharibəninPartlamamış Qalıqlarının (MPQ) səbəb olduğu qlobal böhranın həlliüzrə məsələlər, mina probleminin 18-ci DİM kimi qəbul edilməsitəşəbbüsü və minaların insan hüquqlarına və insanlarınsosial-iqtisadi həyatına təsirindən danışılacaq.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA)nümayəndəsinin də iştirak edəcəyi müzakirələrdə BMTagentliklərinin, minaların, silahların, nüvə silahlarının qadağanolunması üzrə beynəlxalq kampaniyaların, mina aksiyası və insanhüquqlarının qorunması çərçivəsində çoxillik təcrübəyə malikdünyanın aparıcı təşkilatlarının nümayəndələri təmsilolunacaq”.

Qeyd edək ki, layihənin əsas məqsədi minaların insansağlamlığına və təbiətə vurduğu ziyanlara, xüsusən qlobal sülh vəinkişaf üçün yaratdığı maneələrə dair unikal çağırışlara və BMT-nin18-ci Dayanıqlı İnkişaf Məqsədi (SDG/DİM) kimi mina problemininmüəyyən edilməsi təşəbbüsünə dəstək verməkdir.

Seçilən
15
10
az.trend.az

10Mənbələr