AZ

Rodri 2008-ci ildən bəri Premyer Liqanın ilk "Qızıl top" sahibi olub

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Hernandes 2008-ci ildən bəri İngiltərə çempionatından ilk "Qızıl top"un qalibi olub.

90deqiqe.Az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu ilin sonunda ən yaxşı oyunçu mükafatını alıb.

Premyer Liqa oyunçusu sonuncu dəfə 2008-ci ildə “Qızıl top”u qazanıb. Daha sonra mükafat "Mançester Yunayted"də çıxış edən ulduz portuqaliyalı hücumçu Kriştiano Ronaldoya verilib.

Xatırladaq ki, ötən mövsüm Rodri Hernandes “Mançester Siti” ilə İngiltərə çempionu olub və İspaniya millisi ilə Avropa çempionatının qalibi olub. Səsvermədə Rodridən sonra Real Madridi təmsil edən Vinisius Junior və Jude Bellinqhem olub.

Seçilən
32
13
90deqiqe.az

10Mənbələr