İspan mətbuatının “Real Madrid” klubu mənbələrinə əsaslanaraq verdiyi xəbərdə, 2024-cü ilin mükafatlandırma mərasimində braziliyalı futbolçu Vinisius Juniora “ən yaxşı futbolçu” mükafatının verilməyəcəyini öyrəndikdən sonra “Real Madrid”in mərasimə qatılmadığı qeyd edilib.

İndex.az xəbər verir ki, “Real Madrid” mənbələrinə görə, klub “ən yaxşı klub” və  “ən yaxşı məşqçi” mükafatlarını alacağına inanırdı, lakin Vinisius və ya Karvaxala mükafat verilmədi.

Qalada “Real Madrid”in futbolçuları, menecerləri və ailə üzvləri də iştirak edəcəkdi. Təxminən 50 nəfər iştirak etməli idi, lakin onların heç biri Parisə getmədi.

İspan qəzetinin iddiasına görə “Real Madrid” klubu rəhbərliyi deyib: “Əgər mükafatın meyarları Vinisiusu qalib elan etmirsə, eyni meyarlarla Karvaxalı qalib elan etməlidir. Bu belə olmadığından, “Qızıl top” və UEFA-nın “Real Madrid”ə hörmət etmədiyi açıq-aydın görünür. “Real Madrid” isə hörmət edilməyən yerə getməyəcək”.

“Real Madrid” klubu indiyə qədər məsələ ilə bağlı heç bir açıqlama verməsə də, rəsmi internet saytında bu açıqlamanı paylaşıb: “”Real Madrid” sosial media şəbəkələrində 600 milyon izləyiciyə çatıb”.

Qeyd edək ki, “France Football Magazine” tərəfindən 1956-cı ildən bəri hər il dünyanın ən yaxşı oyunçusuna verilən Ballon d’Or mükafatlandırma mərasimi 28 oktyabr bazar ertəsi Parisdə “Theatre du Chatelet”də keçirilib. Rodri bu il “France Football Magazine” tərəfindən hər il dünyanın ən yaxşı oyunçusuna verilən “Ballon d’Or” mükafatını qazandı.
http://