AZ

İran kəşfiyyatçıları Almaniya vətəndaşını qaçırdı: 4 ildən sonra edam olundu

Almaniya vətəndaşlığı olan iranlı Cəmşid Şarmaxd həbsdə edam edilib.

Musavat.com xəbər verir ki, bu barədə İranın rəsmi ədliyyə portalı “Misan” məlumat yayıb.

Sona qədər hüquq müdafiəçiləri - xüsusən də ABŞ-da yaşayan Şarmaxdın qızı məhkumu xilas etmək üçün mübarizə aparsalar da, heç bir nəticə verməyib.

Müxalif Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik blokundan Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz İran hakimiyyətinin “dəhşətli cinayət” törətdiyini açıqlayıb.

Almaniyan xarici işlər naziri Annalena Berbok deyib ki, Almaniya vətəndaşının edamı ciddi nəticələrə səbəb olacaq.

Cəmşid Şarmaxdın qohumlarının dediyinə görə, o, son bir neçə ildə ABŞ-da yaşayırmış və 2020-ci ildə Dubayda istirahət zamanı İran kəşfiyyatçıları tərəfindən qaçırılıb. Tehran onu İranda terror təşkilatı kimi tanınan “Tondar” müxalifət qrupunun lideri hesab edirdi. O, 2020-ci ildən həbsdə idi və bu müddət ərzində seçdiyi vəkilə çıxışı olmayıb.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr