AZ

Milyonçu öldü, sərvətini itinə, aşpazına vəziyyət etdi

Oktyabr ayında vəfat edən Hindistanın “Tata Steel” şirkətinin keçmiş rəhbəri Ratan Tata 118 milyon dollarlıq sərvətinin bir hissəsini Tito adlı itinə vəsiyyət edib.

Axar.az xəbər verir ki, bu barədə “Yahoo News” məlumat yayıb.

Subay və varisləri olmayan Tata vəsiyyətnaməsinə aşpazını, evin qarovulçusunu və baş köməkçisini də daxil edib.

“Onlar bir daha işləmək məcburiyyətində qalmayacaqlar və çox yaxşı yaşayacaqlar”, - deyə mərhumun dostu şərh edib.

O bildirib ki, bu, milyonçunun itinə və evindəki insanların qayğısına minnətdarlıq jestidir.

Varislər siyahısında mərhumun qardaşı və iki bacısının da adı var.

Seçilən
55
1
axar.az

2Mənbələr