Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Oman dənizində 3 gəmini ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri “Əl-Mesira” televiziyasında yayımlanan çıxışında “işğal olunmuş Fələstin ərazilərinə giriş qadağanını (Husilər tərəfindən elan edilmiş)” pozan 3 gəmiyə qarşı “əməliyyat” həyata keçirdiklərini bildirib.
Seri "SC MONTREAL" və "MAERSK KOWLOON" adlı gəmilərin Ərəb dənizində İHA və qanadlı raketlərlə hədəf alındığını, Qırmızı dənizdəki "MOTARO" adlı gəmiyə çoxlu ballistik raketlərin atıldığını və bu "əməliyyatların" həyata keçirildiyini qeyd edib.
Seri, "işğal altındakı Fələstin limanlarına giriş qadağasını" pozduqları üçün vurulduğunu söylədiyi gəmilərə sahib olan şirkətlər haqqında məlumat verməyib.
Eltac Zülfüqaroğlu/Turkustan.az