Xəbər verdiyimiz kimi, dünən saat 16 radələrində Kənar Dairəvi-1 avtomobil yolunun 6-cı kilometrliyinin yaxınlığında qaya parçası təhlükəli vəziyyət yaradıb.
Hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tərəf meyillənib. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu da gecə saatlarında yolda böyük tıxacın yaranmasına səbəb olub.
Milli.Az xəbər verir ki, hazırda hadisə baş verən yerə Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ərazidə bərkitmə işləri həyata keçirilir.
Qeyd edək ki, axşam saatlarında etibarən yolda hərəkət bərpa olunmuşdu.
İnqilab Məmmədov
Milli.Az