“Avropa Parlamentinin Azərbaycana qarşı qarayaxma kampaniyalarını, bizə qarşı edilən təhdid və tələbləri qətiyyətlə rədd edirik”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 29 oktyabr tarixli plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
“24 oktyabrda Avropa Parlamenti tərəfindən qərəzli qətnamə qəbul edilib. Milli Məclis dərhal münasibətini bildirib və mətbuatda da dərc olunub. Hesab edirəm ki, AP bu qətnaməsi ilə dövlətimizin suverenliyi və ərazi bütövlüyünə meydan oxuyur. Ermənistan xalqımıza qarşı cinayətlər törədəndə niyəsə susmuşdular. AP Bakıda keçiriləcək COP29-dan ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə edir. Milli Məclis olaraq həmişə qeyd edirik ki, regionda sülh tərəfdarıyıq, lakin aqressiv hər hansısa ritorikanı qətiyyətlə rədd edirik. Heç bir təzyiq və hədə-qorxu bizi yolumuzdan döndərə bilməz“, - sədr bildirib.
Firuzə Əliyeva