Misirdə keçirilən toylardan birində dəhşətli hadisə yaşanıb.
News24.az BAKU.WS-ə xəbər verir ki, paytaxt Qahirədə baş tutan mərasimdə bəy gəlinə yumruq vuraraq onu döyməyə başlayıb.
Bu zaman ətrafdakılar onlara müdaxilə edərək ayırıblar. Buna baxmayaraq cütlük davaya davam edib və bir-birinin üzərinə hücum etmək istəyib.
Sözügedən kadrlar sosial şəbəkələrdə yayılaraq böyük rezonans doğurub. Davanın hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.
News24.az həmin kadrları təqdim edir: