Bakıda qadının naməlum şəxslər tərəfindən zorla avtomobilə mindirilməsinə dair görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin görüntüləri bloqer Saleh Nəsirov öz sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edilib ki, hadisə Yasamal rayonu, Mənzil İnşaatı Dövlət Ağentliyi (MİDA) yaşayış kompleksində baş verib.
Belə ki, axşam saatlarında baş verən hadisə zamanı iki şəxs qadını məcburi şəkildə avtomobilə mindirib. Qadın qışqırıb və avtomobildən çıxmaq istədiyi halda isə həmin şəxslər ona təzyiq göstəriblər.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik: