Müğənni Fədayə Laçın paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, şeir deyən sənətçi bunu sosial şəbəkə hesabında yayımlayıb.
O, kədərini gizlətmək üçün güldüyünü bildirib:
"Vüqar Paşayevin şeirini məndən dinləyin. Amma siz heç kədərlənməyin. Hamınız xoşbəxt olun, gülün. Mənim kimi, kədərinizi gizlətmək üçün yox. Siz həqiqətən gülün, əzizlərim. Ürəkdən".