"Mənim üçün dramatik obrazları oynamaq su içmək kimidir".
Qlobal.net milli.az-a istinadla xəbər verir ki, bunu "Qapqara" verilişində Əməkdar artist Coşqun Rəhimov deyib.
Aktyor problemi satira ilə çatdıraraq tamaşaçını həm güldürüb, həm də düşündürməyin daha çətin olduğunu vurğulayıb:
"Biz tamaşaçını aldadırıq. Ən böyük yalançı bizik. Amma doğru olan yalanı ifadə etməyə çalışırıq. Oyunçu olaraq yalançı olsaq da, həqiqəti çatdırmalıyıq".