Bakıda qadını zorla maşına mindiriblər.
Milli.Az xəbər verir ki, bu barədə görüntüləri bloqqer Saleh Nəsirov paylaşıb.
Məlumata görə, hadisə Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində baş verib. İki kişi naməlum səbəbdən bir qadını zorla avtomobilə mindiriblər.
Daxili İşlər Nazirliyindən lent.az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.
Milli.Az