AZ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytının yenilənmiş versiyası təqdim olunub

Bütün ölkə ərazisində üç ildən çoxdur ki, icbari tibbi sığorta tətbiq olunmağa başlayıb. Çətin yoldan keçmişik, ancaq düşünürəm ki, bu, şərəfli yoldur. Əsas məqsədimiz tibbi xidmətlərin sayının artırılması, vətəndaşların tibbi xidmətə əlçatanlığını təmin etmək və peşəkarlıqdan ibarət olub.

FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kommunikasiya strategiyasının icra vəziyyəti və yenilənmiş its.gov.az saytının təqdimat mərasimində çıxış edərkən deyib.

Z.Əliyev bildirib ki, Agentliyin internet səhifəsi hazırlanarkən digər ölkələrin təcrübəsi də izlənilib:

"Elə ölkələr var ki, biz onlarla daim ünsiyyətdəyik. Bu sayt elə olmalıdır ki, hər zaman beynəlxalq təşkilatlar ondan istifadə edə bilsinlər. Biz eyni zamanda daim çalışmalıyıq ki, tibbi xidmətin keyfiyyətini də artıraq. Prioritetlərimizi dəqiq müəyyən edərək əhaliyə daha əlçatan və informativ bir platforma yaratmağa çalışırıq. Yeni saytımız istifadəçilərə daha çox imkanlar verir. İndi tibbi sığorta və dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək mümkündür. Tibbi xidmətlərin sürətli axtarış sistemi və qəbul üçün elektron müraciət kimi yeniliklər saytı daha istifadəçi yönümlü və əlçatan edir. İnanıram ki, hər biriniz burada sığorta ilə bağlı lazım olan məlumatı asanlıqla tapacaq və faydasını görəcəksiniz. Necə ki, icbari tibbi sığorta sistemimiz əhali üçün faydalıdır, saytımızın da bu istiqamətdə vətəndaşlara eyni dərəcədə faydalı və əlçatan olacağına inanıram",- deyə Z.Əliyev bildirib. (Azərtac)

Seçilən
32
fed.az

1Mənbələr