Xorvatiya Almaniyadan “Leopard 2A8” tanklarının qıymətində endirim müqabilində Yuqoslaviya tanklarını və piyada döyüş maşınlarını Ukrayna Silahlı Qüvvələrinə vermək istəyir.
Herbiand.az bildirir ki, bu barədə Xorvatiya Müdafiə Nazirliyinin saytında məlumat verilib.
“Müdafiə nazirləri Anusic və Pistorius niyyət məktubu imzaladılar və orada Xorvatiyanın anbarlarından Ukraynaya 30 M-84 tankı və 30 M-80 piyada döyüş maşını, eləcə də ehtiyat hissələr və sursatların birinci paketdə çatdırılmasına hazır olduqlarını bildirdilər. Xorvatiyanın Almaniyadan alacağı maliyyə resursları isə yeni alman “Leopard 2A8”lərin alınması üçün istifadə olunacaq”, - Xorvatiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Anusiç həmçinin əlavə edib ki, bu cür satınalmalar Xorvatiya ordusunun modernləşdirilməsi proqramının bir hissəsi olacaq. Proqramın 2027-ci ildə başa çatdırılması gözlənilir.
Bəxtiyar CƏFƏRLİ