AZ

Bu ölkədə minlərlə uşaq bağçası bağlandı

Son illər Çində doğum nisbətinin azalması həm uşaq bağçalarının sayında, həm də qeydiyyatda əhəmiyyətli dərəcədə azalmaya səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, Çin Təhsil Nazirliyinin illik hesabatına görə, uşaq bağçalarının sayı ikinci ildir ki, azalmağa davam edib, yüzdə 5 faizdən çox azalaraq 14 808-ə çatıb.

Qeydiyyata alınan uşaqların sayı da 11,55 faiz azalaraq təxminən 40,9 milyon nəfərə enib, ardıcıl bu üçüncü ildir ki, azalır. 

Eyni şəkildə, Çində ibtidai məktəblərdə 3,8 faiz azalma müşahidə olunub.

Çin doğumu təşviq edən siyasətləri gücləndirərək "doğuşa dost cəmiyyət" yaratmaq məqsədini vurğuladı.

Çinin Baş naziri Li Qiang tərəfindən hazırlanan hesabatda bu məqsədə valideyn məzuniyyəti siyasətinin təkmilləşdirilməsi, işəgötürənlərin əmək xərclərini bölüşdürmə mexanizmlərinin işlənib hazırlanması və uşaq baxımı xidmətlərinin artırılması daxildir.

Ekspertlər qeyd edirlər ki, artan yaşayış xərcləri və iqtisadi təzyiqlər ailələri uşaq sahibi olmaqdan çəkindirir.

Ona görə də tələbatın azalması fonunda görünən odur ki, bir çox uşaq bağçaları ahıllara qulluq mərkəzlərinə çevrilməyə başlayıb.

Seçilən
34
cebheinfo.az

1Mənbələr