Misirdə keçirilən toylardan birində qəribə hadisə yaşanıb.
Paytaxt Qahirədə baş tutan mərasimdə bəy gəlinə yumruq vuraraq onu döyməyə başlayıb. Belə ki, mübahisəyə səbəb bəyin öz toyunda zarafat edərək başqa xanıma evlilik təklif etməsi olub. Bu zaman gəlin qəzəblənərək bəyə hücum edib.
Bu zaman ətrafdakılar onlara müdaxilə edərək ayırıblar. Buna baxmayaraq cütlük davaya davam edib və bir-birinin üzərinə hücum etmək istəyib.
Həmin görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə yayılıb və qəzğın müzakirələrə səbəb olub. /yenisabah.az