AZ

Mayonezin insan orqanizmi üçün təhlükələri - Ekspert açıqladı

Salatdan zəhərlənmə xəbərlərini demək olar tez-tez eşidirik. Salat hazırlayarkən nələrə diqət etməliyik ki,  orqanizmə zərər verməsin. 

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova News24.az-a açıqlama verib. Onun sözlərinə görə yüksək risk qrupuna aid olan mayonezdən istifadə edərkən xüsusi ilə diqqətli olmalıdır:

“Bir çox salatlar var ki, bişmiş tərəvəzlərdən, bişmiş ət və ət məhsullarından, bir çox hallarda da mayonez və xamadan istifadə olunur. Belə salatlarda qida məhsullarının çeşidliliyi fərqli olduğuna görə onların saxlanılması həm müddəti, həm də temperaturu fərqlidir. Bundan başqa, yüksək risk qrupuna aid olan məhsullar olduğuna görə, hazırlayarkən istehlak olunacağı qədər, eyni zamanda tez bir zamanda hazırlanması vacibdir.

Bu salatların hazırlanmasında yüksək risk qrupuna aid olan mayonezdən istifadə edərək təzə və istifadə müddəti bitməmiş mayonez çeşidləri olmalıdır. Əksər hallarda moyonezlərin qablaşmasında istifadə müddəti bəzilərində fərqli bir müddət göstərilsə də açıldıqdan sonra bu müddət daha da azalır ki, ona da diqqət etmək lazımdır. 

Digər bir məqam isə salatların temperatur rejimi 20° yuxarıdırsa otaq temperaturunda hazırlandıqdan sonra 30 dəqiqə, 1 saat ərzində qala bilər. Əgər bu soyuq temperaturdadırsa, bu müddət 2 saata qədər artırıla bilər. Mütləq şəkildə salatın saxlanıldığı soyuducunun temperaturu 4° dən aşağı olmalıdır. 

Bütün bu qaydalara diqqət etdikdə belə, bəzən salatın təravətini, bişirilən məhsulların keyfiyyətinin qorunması üçün salatın məhsulları qarışdırılsa da xama və mayonez ən sonda əlavə olunduqda bu salatın daha uzunömürlü və keyfiyyətinin itməməsinə şərait yarada bilər. 

Düzgün şəkildə hazırlandıqdan 30 dəqiqə, 1 saat sonra soyuducuda saxlanılıbsa bu məhsulu 2 gün ərzində istifadə etmək olar. Soyuducuda saxlanılarkən ağzı hava keçirməyən qabda saxlanılması onu kənar qoxulardan, eyni zamanda rütubətdən qoruyur. Əgər bu qaydaya riayət olunmasa həmin məhsulların tərkibindəki mikroorqanizmlər sürətlə çoxala bilər ki, bu da bir çox hallarda zəhərlənməyə səbəb ola bilər. 

Bundan başqa, bu kimi məhsulları mağazadan hazır şəkildə alınarkən mənşəyi bəlli olmayan yerdən alınması tövsiyə olunmur. Çünki bir çox hallarda məhsulların xarab olmasını gözlə görmək, qoxusundan hiss etmədiyimizə görə bunun istehsal tarixi, hazırlanması, məhsulların son istifadə müddətini bilinmədiyimizə görə riskli məhsullar sırasında qeyd olunur”, 

Ağa



Seçilən
9
news24.az

1Mənbələr