AZ

Xaçmaz İcra Hakimiyyəti Nadir Xudyevlə 1.3 milyona anlaşdı

Xaçmaz İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri üçün tender keçirib. Tribunainfo.az xəbər verir ki, dünən həmin müsabiqənin nəticələri açıqlanıb.

Rəsmi portalda yerləşdirilən məlumatlardan bəlli olan odur ki, həmin müsabiqənin qalibi “İS.M.M.” MMC olub. İcra Hakimiyyəti yolların təmiri üçün bu şirkətə 1.351.385,25 manat pul ayıracaq.

Qeyd edək ki, “İS.M.M.” MMC tender işlərində ad çıxarmış şirkətlərdəndir. MMC təkcə ötən il Gədəbəy Rayon İcra Hakimiyyəti ilə Gədəbəy şəhərində yolların əsaslı təmiri ilə bağlı 925 905,34 manata anlaşıb.

Tribunainfo.az-ın apardığı araşdırmalar zamanı sözügedən MMC Gədəbəy İcra Hakimiyyətindən bu ildə tender udub. Belə ki, şirkət İH-lə Gədəbəy şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması müqaviləsini bağlayıb və bu işlər 713 456 manat təşkil edib.

Amma şirkət bununla da kifayətlənməyib. Təkcə, 2024-cü ilin oktyabrına kimi “İS.M.M.”  MMC şirkəti daha iki tenderin də qalibi olub. Onlardan biri Salyan Rayon İcra Hakimiyyətinin sifarişi olub. Yolların əsaslı təmiri işlərinin görülməsini əhatə edən prosesə görə, şirkət 766 767 manat alıb.

İkincisi isə Şabran Rayon İcra Hakimiyyətinin sifarişi olub ki, bu zaman Şabran şəhəri ərazisində yolların əsaslı təmiri işlərinin satınalınması dövlət qurumuna 350 385 manata başa gəlib.

Xatrladaq ki, “İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.

Şirkətin ilk qanuni təmsilçisi Xudiyeva Mürvəq Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MC-ni təmsil edib. Həmin ildən şirkətin qanuni təmsilçisi Nadir Xudiyevdir.

Seçilən
37
4
tribunainfo.az

5Mənbələr