AZ

Holand komanda yoldaşını yox, dostunu seçdi

Bazar ertəsi, oktyabrın 28-də futbolun ən nüfuzlu fərdi mükafatı - "France Football" jurnalının keçirdiyi "Qızıl top"un 68-ci təltifetmə mərasimi baş tutub.

Fanat.Az xəbər verir ki, baş mükafatı İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin qazandığı tədbirə onun komanda yoldaşı Erlinq Holand bilərəkdən qatılmayıb.

Səsvermədə beşinci yeri tutan norveçli komanda yoldaşının Parisdə mükafatlandırıldığı gün İsveç çempionatınının oyununa baxmağa gedib. O, "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqibi olan "Malmö"nün "Göteborq"la çempionluq oyununda iştirak edib. Belə ki, "Malmö" sona 2 tur qalmış İsveç çempionluğunu təmin edib.

Norveçlinin dostu Erik Buthaym "Malmö"də çıxış edir.

Mirağa

Seçilən
59
fanat.az

1Mənbələr