Ötən gün “Qızıl top”u qazanan "Mançester Siti"nin futbolçusu Rodri daha bir göstəricidə ön plana çıxıb.
Publika.az xəbər verir ki, 28 yaşında ali mükafatı qazanan ispaniyalı yarımmüdafiəçi 9 illik seriyaya son qoyub. O, 2015-ci ildən bəri bu fərdi titulu qazanan 30 yaşdan aşağı ilk futbolçu olub.
Sonuncu dəfə "Qızıl top"u 28 yaşında Lionel Messi qazanıb.