Futbol ulduzu Neymarın Mayamidəki Bal Harbor bölgəsində torpaq aldığı məlum olub.

İndex.az xəbər verir ki, dünyanın aparıcı iqtisadi qəzetlərindən biri olan “Wall Street Journal”ın (WSJ) məlumatına görə, 32 yaşlı braziliyalı həm də 1208 kvadratmetrlik bir evə sahib olacaq.

28,5 milyon dollara satışa çıxarılan mülkü Neymarın 26 milyon dollara aldığı bildirilib.