İtaliyalı dağ xizəkçisi Matilda Lorenzi məşq zamanı başını sərt yamaca vuraraq faciəvi şəkildə həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) məlumat yayıb.
Qəza oktyabrın 28-də Val-Senales dağlarında baş verib. 20 yaşlı idmançı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, M.Lorenzi ötən mövsüm gənclər arasında İtaliya Kubokunun qalibi olub. O, həmçinin Şateldə (Fransa) keçirilən gənclər arasında dünya çempionatında sürətli eniş üzrə altıncı, superqiqant yarışında isə səkkizinci yeri tutub.