Şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə “istifadəçi adı və şifrə” ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə oktyabrın 31-i saat 15:00-dan etibarən sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta