AZ

Hindistanda fişəng anbarında partlayış nəticəsində azı 150 nəfər yaralanıb

Hindistanın cənubunda fişəng anbarında baş vermiş partlayış nəticəsində 8-i ağır vəziyyətdə olmaqla 150-dən çox insan yaralanıb.

Herbiand.az “India Today” telekanalına istinadla xəbər verir ki, partlayış bazar ertəsi axşam saatlarında Kerala ştatının Nileşvaram şəhərindəki fişəng anbarında beş verib. Həmin vaxt yaxınlıqdakı hindu məbədində Divali bayramı münasibətilə yüzlərlə dindarın toplaşdığı mərasim keçirilirmiş.

Polis anbarda baş verən partlayışın və yanğının səbəblərini araşdırır.

Çox vaxt pis təşkil edilən və elementar təhlükəsizlik tədbirləri olmayan dini mərasimlər Hindistanda müntəzəm olaraq ölümcül qəzalara səhnə olur. 2016-cı ildə minlərlə ibadətçinin toplaşdığı Kerala ştatındakı hindu məbədinin qarşısında qeyri-qanuni atəşfəşanlıq nəticəsində azı 112 nəfər həlak olmuşdu.

Fişənglər və atəşfəşanlıq Hindistanda, xüsusən də hinduların işıq festivalı olan Divali zamanı çox populyardır.

Seçilən
14
2
herbiand.az

3Mənbələr