AZ

Sürücü nişanın tələbini pozub "protiv" getdi: "Qəsdən edirəm" - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü digər avtomobillərin hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 21-də, paytaxtın Bayıl qəsəbəsi, Xanlar küçəsində baş verib.

Qeydə alınmış videodan aydın şəkildə görünür ki, küçənin girişində birtərəfli hərəkəti bildirən 5.5 nişanı var. Qarşıda soldan birləşən kəsişmədə də yolun sola doğru birtərəfli olması ilə bağlı məlumatverici nişan quraşdırılıb. Lakin buna baxmayaraq 90-PX-291 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sağa dönərək əks istiqamətə hərəkət edib.

Görüntünü qeydə alan oxucu yolun birtərəfli olması ilə bağlı həmin sürücüyə xəbərdarlıq etsə də, o, bilə-bilə əks getdiyini bildirib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

Seçilən
15
1
avtosfer.az

2Mənbələr