AZ

Orban və Tusk : "İki qardaş" necə düşmən oldu?

2016-cu ildə Krakova səfərində Macarıstanın Baş Naziri Viktor Orban çıxışını polyak-macr xalqlarının dostluğunun təbiəti haqqında tərifli cümlələrlə doldurmuşdu, amma 8 ilə yaxın müddət ərzində Orbanın bu münasibətlər  haqqındakı fikirləri tədricən dəyişdi.Bunu onun Rumıniyanın Transilvaniya vilayətindəki Tusvanyos yay düşərgəsindəki çıxışında görmək olar:

“Polyaklar Avropada ən ikiüzlü və riyakar siyasəti yeridirlər. Son 10 ildə mən daha açıq riyakarlıq görməmişəm”.

Varşavanın cavabı da gecikmədi. Polşa Xarici İşlər Nazirinin Müavini Teofil Bartoşevski Orbanın bəyanatına belə cavab verib :

“Niyə Orban Putin və onun kimi avtoritar siyasətçilərlə ittifaq qurmyur ki? Əgər hansısa klubun üzvü olmaq istəmirsinizsə, onu tərk edə bilərsiniz”. Açıqlamanın gedişində Bartoşevski Macarıstan – Polşa münasibətlərinin “ailədaxili ciddi mübahisə” adlandırıb, Orbanın sözlərini isə “nəinki anti-avropa,hətta-anti-ukrayna və ani-polyak ifadələr” kimi qiymətləndirib.

Vaxtilə Orbanın “Fides” partiyası ilə mərhum Polşa prezidenti Kaçinskinin “Hüquq və ədalət” partiyasının xüsusi dostluq münasibətinin olmağına baxmayaraq, Ukraynadakı müharibə bu münasibətləri pozdu. Donald Tuskun Mərkəzçi koalisiyası Polşa iqtidarına gələndən sonra isə bu düşmənlik alovlandı.

 Tuskdan Kaçinskiyə yönəlmə

2010-cu ildə Orban hakimiyyətə gələndə Polşanın o vaxtki baş naziri Kaçinskiyə nisbətən Tuska daha yaxın idi. Onların ikisi də Avropa İttifaqında  mühafizəkar Avropa xalq partiyasının üzvləri idi, 1980-ci illərdə ikisinin də antikommunist müxalifət tərkibində iş təcrübəsi var idi, ikisi də karyeralarının yüksəldiyi dövrdə öz ölkələrinin strukturunda paralel yüksəlirdilər.

“Deyilənə görə Orban və Tusk Avropa İttifaqında eyni partiyanın üzvü olduqları dövrdə ikisi də futbolu sevirdilər deyə bir-biriylə isti münasibətdə idilər”-Polşa Elmlər Akademiyası Fəlsəfə İnstitutunun Dosenti Edit Zqut-Pşibılska deyir.

“Bu, münasibət çox şey əhatə edirdi. Donald Tuskun European Council-un prezidenti seçilməyində Orbanın siyasi dəstəyinin böyük rolu olub. Təxminən 2010-cu illərin ortalarında o münasibətlər pozulanda nədənsə “Fides”-in həm Avropa İttifaqı həm də Brüssellə münasibətləri pozuldu”- Macarıstan-Polşa münasibətləri üzrə macarıstanlı ekspert Jombor Zeold bildirib.

 Tusk Brüsselə yaxınlaşdıqca Orbanın Avropa institutları ilə ziddiyyətləri artırdı. Elə o vaxtlarda Tuskun başçılıq etdiyi “Vətəndaş platforması” Seçkilərdə Kaçinskinin PiS-inə uduzdu. Mühafizəkar Sağçı və Reformist olmağına baxmayaraq “PiS” siyasi baxışına görə “Fides”-ə daha uyğun idi.

Hakimiyyətə gələndən sonra Kaçinski ilə Orbanın münasibətləri daha da yaxınlaşdı. Hətta çıxışlarından birində demişdi ki, “Varşavanı Budapeştə çevirmək istəyirəm”. Kaçinski Orban kimi KİV-ləri və Məhkəmələri siyasi nəzarət altında tutmağa çalışırdı, amma PiS-in rəqibləri Macarıstandakı müxalifətdən daha güclü və nüfuzlu idilər.

Baş verənlər Avropanı narahat edirdi- Polşa və Macarıstanın demokratiyadan uzaqlaşmaları onları Rəsmi Brüsselin təzyiqlərinə məruz qoyurdu ki, bu təzyiqlər bu iki qüvvəni daha da yaxınlaşdırırdı.

“Bu yaxınlığın əsas səbəbi onların miqrasiyanı qəbul edə bilməməsi və ikisinin də demokratiya və qanun aliliyini qəbul etmək istəməməsiydi- Zqut Pşibılska deyir. “ İkisi də Avropa İttifaqının  və Avropa qanunvericiliyini legitim hesab etmirdilər. Avtoritar zehniyyətli liderlər bir-birini kopyalamağa meyilli olurlar, bu səbəbdən o dövr mədəniyyət savaşları, məhkəmə islahatı,KİV-lərin ələ keçirilməsi mövzusunda hər iki dövlətin daxilində eyni ciddi mübahisələr yaranırdı”.

Təbii ki, Kaçinski və Orban arasında fərqli cəhətlərdə var idi. Kaçinski ideoloq kimi çıxış edirdi və Avropa ilə olduqca plastik münasibət qururdu. Bu, Brüssellə onun münasibətlərini daha çətinləşdirirdi. Orban isə ondan fərqli olaraq elastik idi, Brüsselə qarşı harda irəli gedib, harda geri çəkiləcəyini yaxşı bilirdi. Bu, ona Macarıstanı nəzarətdə saxlamağa şərait yaradırdı.

Orbanın praqmatizmi özünü Avropa Birliyinin 2017-ci ildə keçirilən Prezident seçkiləri idi. PiS-in Varşavada onun əleyhinə bəyanatlar verməyinə baxmayaraq Orban bu seçkilərdə Tusku dəstəklədi.

Polşa-Macarıstan münasibətləri əvvəlki “polyak-macar qardaşlığı”idiliyasının nostalgiyasını yaşasada, hər ikisi başa düşür ki, bu “qardaşlığın” aktuallığı itib.

“Vaxt keçdikcə Polşa-Macarıstan münasibətindəki siyasi çalarlar kəskinləşdi.

Həm polyak, həm də macar cəmiyyətində belə bir fikir formalaşıb ki, əgər sən polyak ola-ola macarları sevirsənsə, deməli PiS-i dəstəkləyirsən. Yox, əgər sən macarsan və polyakları sevirsənsə, deməli “Fides” tərəfdarısan”, – Zeold deyir.

2019-cu ildə siyasi aspekt o qədər kəskinləşdi ki, Orban polyak kolleqası Mateuş Moraveçkini Macarıstana milli bayramda çıxış etmək üçün çağırdı.

Həmin il Tusk Avropa Xalq Partiyasının Sədri seçildi ki, bu “Fides”-in ordakı üzvlüyünü dayandırmağının əsas səbəbi oldu. Tusk “Fides”-in partiyadan çıxmağını belə şərh edib : “Fides Xristyan Demokratiyasını bir neçə il əvvəl tərk etmişdi”.

Ukrayna "qardaşları" ayırır
Budapeşt və Varşava arasındakı münasibətlərin tam pozulması üçün  Rusiya ordularının 2022-ci ilin Fevralında Ukraynaya hərbi müdaxilə etməsi kifayət etdi.
Polşa ictimaiyyətinin (PiS  və “Vətəndaş Platforması” da daxil olmaqla) Ukraynanı dəstəklədiyi vaxt – “Fides” başqa yolu seçdi.
Orban özünün keçmişdəki anti-rus fikirlərindən imtina etdi və Rusiyanın Avropa İttifaqındakı ən yaxın müttəfiqi oldu, Polşa isə Ukraynanı siyasi cəhətdən dəstəkləməklə bərabər həm Rəsmi Kiyevə hərbi yardım etdi, həm də milyonlarla ukraynalıq məcburi köçkünü öz ölkəsinə qəbul etdi.
Bu fərqliliklər tezliklə siyasətə də sirayət etdi.
2022-ci ildə Macarıstanda keçirilən Parlament Seçkilərində  Tusk birləşmiş müxalifət koalisiyası lehinə kampaniya apardı. O, macarlara müraciətində onları “Avropada ən proputin hökümətin əleyhinə səs verməyə” çağırdı. Tuskun səylərinə baxmayaraq Orban bu seçkidə də qalib gəldi.
Seçkidən sonraki ilk mətbuat konfransında Orban Rus ordusunun Kiyev yaxınlığındakı Buça da törətdikləri barədə suala cavab verən Orban Rusiyanı ittiham etmək əvəzinə  araşdırma aparmağı məsləhət gördü. Macarıstanın baş naziri bu təklifini “kütləvi manipuliyasiyalar dövründə yaşamağımızla” əlaqələndirib.
Bu, Kaçinskini köhnə dostu Orbana  “cavab zərbəsi endirməyə” məcbur etdi: Əgər Orban Buçada nə baş verdiyini görmürsə, ona okulistə getməyi məsləhət görürəm.
İndi Rusiya ilə mübarizə tarixinin qardaşlaşdırdığı polyaklar və macarlar Ukraynadakı müharibənin ayrı cəbhələrindədilər.

“Varşavadakı macarın yerinə olmaq istəməzdim, çünki polyaklar Orbanın siyasətinə qəzəblidirlər”-Zqut Pşibılska deyir.

“Polyak dostlarım,tanışlarım, kolleqalarım mənə deyir ki, “2022-ci ilə qədər macarların Rusiyaya qarşı mövqeyini bilmirdik”,-Macarıstan və Rusiya arasındakı  iqtisadi əlaqələri və Putinlə Orban arasındakı səmimi münasibəti nəzərdə tutan Zeold deyir.”Onlar 2022-ci ildə başa düşdülər, amma bununla qəti razılaşmadılar”.

Tusk Orbanın əzəli düşməni kimi qayıdır
Düzdür, Rəsmi Varşa və Budapeşt bir birlərindən uzaqlaşıblar, “Fides” və “PiS” arasında bəzi əlaqələr hələ də qalıb.
Keçən il PiS özünün təşviqat kampaniyasını təşkil etmək üçün Orbana yaxın olan məsləhətçilərə müraciət etdi.
“PiS həqiqətən inanırdı ki, “Fides” in qələbə strategiyasının əsaslandığı populist mesajlar ona da kömək edəcək: Ona görə də “ Tusk Polşa üçün yaxın Şərqdən gələn miqranlarla bərabər var olan ən ciddi təhdiddir” mesajından həvəslə istifadə etdilər. 
Amma bu kömək vəziyyəti dəyişmək üçün kifayət etmədi. “Fides” hələ də Brüsselin təzyiqləri ilə üzləşir və PiS ona kömək edə bilmir.

Tuskun qələbəsi iki tərəf arasındakı münasibəti daha da gərginləşdirdi.Beynəlxalq aləmdə Anti-Orban imici yaratmaq üçün əlindən gələni edən Tusk daxildə də ölkəni Avropanın orbitinə qaytarmaq üçün PiS-in KİV və məhkəmə sistemində  etdiyi dəyişiklikləri ləğv etməyə çalışır.

“Tusk  özünü həm də Orbanın antoqonisti kimi təqdim etməyə çalışır: o, avroskeptik populistlərdən fərqli olaraq,demokratiyanı birdəfəlik  bərpa etməyə, Avropa İttifaqının maddi dəstəyini bərpa etməyə çalışır”,-Zqut Pşibılska bildirib.

Pşibılska əlavə edib ki, “iki tərəf arasındakı münasibət tarixi minimumundadır. Bu özünü diplomatik təyinatlarda da göstərir. Məsələn Macarıstanın Polşaya yeni təyin olunan səfiri prokremlçidir.

Orban höküməti qarşısına polyak-macar dostluğunu bitirməyi qoyub”-Zqut Pşibılska əlavə edib.

 

Seçilən
35
ednews.net

1Mənbələr