Ukrayna prezidenti Volodimir Zelenski Reykyavikdə islandiyalı həmkarı Halla Tomasdottir ilə görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Facebook” sosial media hesabında məlumat yayıb.
Zelenski bildirib ki, Tomasdottir ilə söhbət zamanı Rusiyanın dezinformasiyasına qarşı mübarizəni və ikinci Sülh Sammitinə hazırlığı müzakirə ediblər.
Qeyd edək ki, bu Ukrayna liderinin İslandiyaya ilk səfəridir.
Daşqın HəsənovMissiya.Az