ABŞ Hərbi Dəniz Qüvvələri 1882-ci ildə Alyaskanın cənub-şərqindəki Anqun kəndinin atəşə tutulması və yandırılmasına görə rəsmi olaraq üzr istəyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Üzrxahlıq həmin faciəli hadisələrdən 142 il sonra edilib. 26 oktyabr 1882-ci ildə Amerika dəniz piyadaları tlinqitlərin yaşadığı kəndə enib. Hücum zamanı hərbçilər evləri və kanoları yandırıb, həmçinin yerli sakinlərin ərzaq ehtiyatlarını məhv ediblər. Bu, yerli əhali üçün fəlakətli nəticələrə, o cümlədən gənc nəsil üçün daha çox yemək istəyən yaşlı tlinqitlərin intiharlarına səbəb olub.
Hərbi Dəniz Qüvvələrinin şimal-qərb bölgəsinin komandiri kontr-admiral Mark Sukato anım mərasimindəki çıxışında ABŞ Hərbi Dəniz Qüvvələrinin yerli icmaların məruz qaldığı iztirabları paylaşdığını bildirib və üzr istəməyin çox gecikdiyini deyib.
Qeyd edək ki, 1973-cü ildə Anqon sakinlərinin övladları 90 min dollar təzminat alıblar, lakin indiyədək onlardan rəsmi üzr istənilməyib.
Aydın