AZ

"Daha kəsərli tədbirlər görüləcək" - Polisdən bu sürücülərə XƏBƏRDARLIQ!

Toy karvanında avtoxuliqanlıq edərək sosial şəbəkədə canlı yayımlayan şəxslər məsuliyyətə cəlb olunub.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib.

 

Qeyd olunub ki, həmin sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb:

 

“Belə ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkədə canlı yayım açaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq ediblər. Faktla bağlı aparılan araşdırmanın nəticələrinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilib”.

 

Baş Dövlət Yol Polisi İdarəsi xatırladıb ki, toy karvanına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik deyilər:

 

 “Yeni ailə quran gənclərin sevincinə şərik olmaq adı altında sui-istifadə hallarına yol verən sürücülərə qarşı qanunvericiliyə uyğun daha kəsərli tədbirlər görüləcək”.

 

Günay 

Seçilən
13
1
sfera.az

10Mənbələr