AZ

İlkin Əhmədov Nanənin prodüserini hədələdi: "And içmişəm ki..."

Əməkdar artist İlkin Əhmədov “7 Tamam” verilişində üçüncü övladının dünyaya gəlməsi haqqındakı süjetə əsəbiləşdiyini deyib.

Əməkdar artist Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Mənə bu kimi hallara görə əsəbiləşmək lazım deyil. Sonra da deyirlər ki, efirə dəvət edirik, gəlmirsiniz. Verilişin prodüseri bir həftə öncədən mənə zəng edib dedi ki, səs-küyə səbəb olacaq sürpriz varmı? Cavab verdim ki, ailə ilə bağlı sürprizə icazə vermirəm. Sənət haqqında sürpriz varsa, siz soruşmasanız belə mən deyəcəm.

Həmin xanım məndən icazəsiz qohumlarımın, ailə üzvlərimin və həyat yoldaşımın telefon nömrəsini tapıb. Həyat yoldaşıma zəng edib və ona deyib ki, iki övladınız var, başqa övladınızın da olmasını istəyərsinizmi? O da cavab verib ki, kim istəməz, Allah verəndən sonra mənim üç-dörd övladımın da olmasını istəyərəm. Həmin verilişin prodüseri məndən üzr istəməsə and içmişəm ki, ondan hüquq-mühafizə oqranlarına aşikayət edəcəm. Ərizəm də hazırdır.

"7 Tamam" verilişinin aparıcısı Nanə Ağamalıyevaya dedim ki, niyə belə edirsiniz? Məqsədiniz nədir? Cavab verdi ki, axı, burada nə var? Mənim hisslərim deyir ki, siz ata olacaqsınız. Belə hallara görə insanın sənətdən uzaqlaşdırırlar. Gecədən səhərə kimi əsəbdən yatmamışam".

Qeyd edək ki, İlkin Əhmədova "7 Tamam" verilişində üçüncü övladının olmasıyla bağlı sürpriz təqdim edilib.



Müəllif: Rəqsanə Həsənova
Seçilən
51
teleqraf.com

1Mənbələr