Rusiya Avropa Birliyi (AB) və ABŞ-ın Gürcüstana ultimatumlarından narahatdır.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Biz (daxili işlərə) qarışmırıq, amma AB ölkələri və ABŞ-ın rəsmi bəyanatlarında Gürcüstanın hazırkı rəhbərliyinə ultimatum vermələrindən narahatıq”, - Rusiya rəsmisi vurğulayıb.
Peskov əlavə edib ki, Qərbdən Tiflisə ultimatumlara son qoyulmalıdır:
“Sözün əsl mənasında həm ABŞ, həm də AB-dən Gürcüstan rəhbərliyinə ultimatumlar verilir. Bunlar dövlətlərarası münasibətlərin normalarına zidd olan iyrənc təzahürlərdir, buna son qoyulmalıdır”.
Müəllif: Mənsur Rəğbətoğlu