AZ

Bakıda dini liderlərin qlobal sammiti keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə noyabrın 5-6-da Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və BMT-nin Ətraf Mühit Proqramı Bakıda Dini Liderlərin Ümumdünya Sammitini keçirəcək.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin lideri, nüfuzlu dini mərkəzlərin rəhbərləri - patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri təmsil edən dünya şöhrətli din və ictimai xadimlər iştirak edəcəklər.

Həmçinin 55 ölkədən 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimlərinin, eləcə də KİV nümayəndələrinin gəlişi gözlənilir.

Almaz Həsənli

Seçilən
54
42
oxumeni.az

10Mənbələr