AZ

"Ağ Çiçəyim"in əməkdaşından kobud hərəkət - 2 bal 50 manat- VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 29-da, paytaxtın Bakıxanov küçəsində baş verib.

Belə ki, "Ağ Çiçəyim" mağazasına məxsus 90-SO-161 qeydiyyat nişanlı "Fiat" markalı avtomobilin sürücüsü taksi duracağında park edərək qaydaları pozub. Avtomobilə tərəf gələn sürücünün piyada qismində qaydaları pozması da videogörüntüyə əks olunub. Nəqliyyat vasitələri üçün yaşıl işıq yanan zaman o, yolu piyada keçidindən kənarda keçib. Bu zaman əlindəki əşya yerə düşərək görüntünü qeydə alan sürücünün qarşısını kəsib.

Qeyd edək ki, həmin şəxs piyada qismində qaydaları pozduğu üçün 20 manat məbləğində, avtomobili taksi duracağında park etdiyi üçün isə 2 bal 40 manat məbləğində cərimə oluna bilər.

 

 

Fərid

Seçilən
15
2
avtosfer.az

3Mənbələr