Monakoda yanacaqdoldurma məntəqəsində Formula 1 pilotu Şarl Leklerin yeni “Ferrari”si görüntülənin. Bu, “SF90 XX” kimi tanınan “Ferrari SF90 Stradale”in ekstremal versiyasıdır. Avtomobil adi yolda istifadə üçün sertifikatlaşdırılmış “Ferrari XX” modelidir.
Qeyd edək ki, maşın Leklerə məxsus digər “Ferrari” “Daytona SP3” ilə eyni üslubda hazırlanıb. Avtomobil qara rəngə boyanmışdır, ayrı-ayrı komponentlər tünd qırmızı xətlərlə həkk edilib. Bundan əlavə, yan qapıda pilotun Formula 1-də yarışdığı 16 nömrə də var.
Avtomobil 758 kVt (1030 at gücü) gücündə V8 hibrid elektrik mühərrikinə malikdir. “Ferrari SF90 XX Stradale” yol avtomobilləri üzrə rekorda malikdir. Avtomobil 100 km/saata 2,3 saniyədə çatır və maksimal sürəti 340 km/saata bərabərdir.