AZ

İcra başçısını güdüb, öldürmək istəyibmiş - Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib

Bakı. Trend:

Lənkəranın icra başçısı Taleh Qaraşovun həyatına sui-qəsd etməkistəyən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin ilkin baxışiclası keçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi SəbuhiHüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısıittiham aktını elan edib.

Bəhruz Əskərov qeyriləri ilə cinayət əlaqəsinə girərək terrorlaəlaqəli ağır cinayətlər törətməyi planlaşdırmaqda ittihamedilir.

Təqsirləndirilən şəxs Bəhruz Əskərov verilən ittihamlarla özünüqismən təqsirli bilib.

Məlum olub ki, B.Əsgərov müxtəlif vaxtlarda T.Qaraşovu onu təqibedib, işə gəlib-getmə vaxtlarını öyrənib. Ona qarşı sui-qəsd təşkiletmək üçün plan qurub.

Dövlət ittihamçısı məhkəmə istintaqının ilk olaraqtəqsirləndirilən şəxsin ifadəsi ilə davam etdirilməsini təklifedib. Ancaq vəkil məhkəmə prosesinin zərərçəkən və şahidlərinifadələri ilə davam etdirilməsini istəyib, həmçinin bildirib ki,təqsirləndirilən şəxs Bəhruz Əskərov sonda ifadə verməkistəyir.

Növbəti məhkəmə prosesi dekabr ayının 3-nə təyin edilib.

Xatırladaq ki, DTX-də aparılan araşdırmalar zamanı AzərbaycanRespublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmanskşəhərində yaşayan 1988-ci il təvəllüdlü Bəhruz Əliməmməd oğluƏsgərovun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimaitəhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövləthakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarqəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olmasıvə başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsiyaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyəhazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlifrayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlaraLənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdintəşkil olunması barədə tapşırıqlar verib.

Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzirayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyətgöstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyitapşırması da təsbit edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsindəB.Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10,28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxshalında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkraradam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan vəsilah qismində istifadə olunan predmetlərdən istifadə etməkləterror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədartəlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsdetməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşununzorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri iləAzərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsitəmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiriseçilib.

Eyni zamanda müəyyənləşdirilib ki, B.Əskərov sövdələşərək əlaqəyaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlərkeçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görüləntədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirəbilməyib.

Seçilən
42
22
az.trend.az

10Mənbələr