AZ

Arıq göstərən üsullar sən demə bu imiş... - FOTOLAR

Arıq görünmək, əsasən dəb və medianın təsiri ilə gözəllik standartı kimi geniş yayılıb. Bu səbəbdən arıqlama üslubları hər kəs tərəfindən axtarılmağa başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bədən xətlərini tarazlayan və sizi incə göstərən 3 üslubu təqdim edir.

İncə göstərən geyimlər bir çoxumuz üçün xilaskardır. Bəzi detalları bir araya gətirərək bədən xətlərini mütənasib şəkildə tarazlaya bilərsiniz.

Arıq görünmək arzusu bir çox insan üçün estetik seçim kimi görünə bilər, lakin bu arzu sağlam bədən qavrayışı və özünə inamla tarazlaşdırılmalıdır.

Arıq göstərən üsullar

Baxmayaraq ki, incə görünmək gözəllik standartı kimi daha çox dəb və media təsirləri ilə geniş yayılsa da, insanın ilk növbədə sağlam bədənini, düzgün qidalanmasını və psixi sağlamlığını düşünməsi vacibdir.

Şaquli xəttlər və monoxromatik rənglər: Şaquli xətlər gözləri yuxarıdan aşağıya yönəldir, bədəni hündür və incə göstərir. Monoxromatik (tək rəngli) birləşmələr də eyni effekti təmin edir. Xüsusilə tünd tonlarda tək rəngdə geyinmək bədənin bütünlüyünü qoruyur və daha incə bir görünüş təmin edir.

Yüksək bel şalvar və ya ətək: Yüksək bel şalvar və ətəklər ayaqları daha uzun, beli isə daha incə göstərir. Bədənin aşağı hissəsini vurğulayaraq balanslaşdırılmış görünüş təmin edir. Xüsusilə incə və ya bir az axan modellər bədəni daha incə və uzun göstərmək üçün idealdır.

V-yaxa və nazik, axıcı parçalar: V-yaxalı köynəklər və ya paltarlar boyun nahiyəsini açır, üzü daha incə göstərir və bədənin yuxarı hissəsində tarazlığı təmin edir. İncə parçalardan hazırlanmış geyimlər bədənə yapışmadan səliqəli şəkildə cizgiləri izləyir və qəşəng görünüş təqdim edir.

Ayşən Vəli

Seçilən
24
sia.az

1Mənbələr