AZ

“Hicaz” dönərxanası bağlandı - Sahibkarları barəsində protokol tərtib edilib

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tərtər rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Əkbərli Səməd Sabir oğluna məxsus “Hicaz” dönərxanasında və fiziki şəxs Mirzəyev Ramiz Yəhya oğluna məxsus dönərxanada plandankənar yoxlama keçirilib.

FED.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib.Belə ki, iaşə obyektlərində qabaqcıl gigiyena təcrübəsi, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, havalandırma sisteminin qurulmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, xammal və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək tərzdə saxlanmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, qida məhsulları üçün ayrıca yuma çanağının təşkil edilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb, sahibkarları barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Seçilən
22
fed.az

1Mənbələr